Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Röya Ayxanın keçmiş qaynanası konsertində...

Tarix: 03-09-2023 14:06     Baxış: 5223 A- / A+

Xalq artisti Röya Ayxanın “Biri var” adlı solo konsertinin ikinci günü baş tutub.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, estrada ulduzu Bakı Konqres Mərkəzində sevənləri ilə yenidən bir araya gəlib.
Pop ulduz gecəni “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıq elan edib. Konsertin açılışında daha bir yenilik olub.
Belə ki, Röya Ayxan səhnəyə tamaşaçıların daxil olduğu əsas girişdən gəlib. Onun start şousunu səkkiz mühafizəçi müşayiət edib. Müğənni onlarla birgə xüsusi səhnə vasitəsi ilə aşağı enib və “Nero” rəqs qrupu ilə tamaşaçıları salamlayıb.
Daha sonra sənətçi ard-arda 22 mahnı səsləndirib. Gecədə Azərbaycanda ilk dəfə olaraq “Kuka” robotundan istifadə olunub. Konsertdə demək olar ki, bütün mahnılar səhnəciklə təqdim edilib.
Səhnədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.
Həmçinin, Röya Ayxan teatrlara marağı artırmaq üçün yeni layihəyə başlayacağına, iki il konsertlərə fasilə verəcəyini bildirib.
Gecədə xalq artistinin atası Yaqub Nəcəfov və keçmiş qaynanası da yer alıb. Həddindən artıq həyəcanlı olduğunu dilə gətirən Röya Ayxan ilk gün baş verən texniki qüsurların aradan qaldırıldığını bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar