Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Elgiz Xatirə ilə yaşadığı qalmaqaldan danışdı: "Dedi səni öldürəcəyəm"

Tarix: 19-08-2023 09:05     Baxış: 3324 A- / A+

Aparıcı Elgiz Əkbər müğənni Xatirə İslamla yaşadığı qalmaqaldan danışıb.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, Elgiz illərlə ifaçı ilə küsülü qaldıqlarını açıqlayıb. O bildirib ki, buna səbəb Xatirənin mahnısını tənqid etməsi olub:

"Bir dəfə məni Xatirə İslamın klip təqdimatına çağırdılar. O vaxt Xatirə Gövhər Həsənzadənin mahnılarını oxuyurdu, bəyənirdim. Mən də həmin tip mahnı gözləyirdim. Qayıtdım ki, heç bəyənmədim, yaraşdırmadım Xatirəyə. Orada Xatirə heç nə demədi, amma inciyibmiş. İşçiləri narazılıq bildirdi, mən də qaçdım, tuta bilmədilər. Üstündən 15 gün keçib, Manananın konserti idi. Tək yuxarı çıxırdım, Xatirə gəldi. Xatirə qayıtdı ki, bu dəqiqə səni öldürəcəyəm, necə elə deyə bilərsən? Dedim ki, hər işin uğurlu ola bilməz axı. Xatirə dedi ki, səninlə ölənə kimi danışmayacağam. İllər keçdi İTV-dən zəng vurdular ki, layihə edirik: bir müğənni, bir aparıcı ilə duet oxumalıdır. Müğənni də Xatirə. Gəldim içəri girdim ki, Xatirə. Qaçmaq istədim. Dedim ki, biz küsülüyük, oxumayacaq mənimlə. Amma əksi oldu. Xatirə gəldi məni görən kimi başladı "canım, ürəyim" deməyə".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar