Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir" -Nadir Qafarzadə xalqı təhqir etdi

Tarix: 16-05-2017 12:07     Baxış: 5430 A- / A+
"Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir"

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib.

Müğənni “Instagram”da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib:

“Bədbəxt “insanlar”, görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər, gedin onların dərdini çəkin”.

Müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı Lent.az-a açıqlama verib:

“Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansın. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar.

Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəyəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacağam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar