Manevr.az xəbər verir ki, aparıcı məsələ ilə bağlı başına gələn hadisədən danışıb:
Keçən gün ziyarətə getmişdim. Üzümü elə bürümüşdüm ki, məni tanımırdılar. Bir qadın səsimdən məni tanıdı. Ay Xoşqədəm deyib, məni qucaqladı. Yanında da 7-8 nəfər. Birdən baxdı ki, Doğuş bəylə uşaqlar da yanımdadır. Özünü itirdi. Mənə söylədi ki, "Bəlkə də inanmayacaqsınız, elə bir xəbər oxumuşdum. Niyyət etmişdim ki, bu xəbər yalan çıxsa, gəlib ziyarət edəcəyəm. Bu gün də həmni ziyarət üçün buradayam". Allah necə edib ki, o mənimlə ziyarətdə üz-üzə gəlib".
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları yazılmışdı. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib, eyni zamanda onu izləmədən çıxarmışdı. Onun İstanbula getdiyi bildirillmişdi. Bundan başqa, Doğuş iddialardan öncə Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan" verilişinə qatılmamışdı.
Daha sonra Xoşqədəm həyat yoldaşının doğum günündə paylaşım edərək onu təbrik edib. Bunun ardınca Doğuş yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb. Cütlük İstanbulda bir araya gəliblər.
Cütlüyün əkiz oğulları var.axşam.az