Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Cəmilə: “Kiminsə pulu, kiminsə day-dayı var”

Tarix: 10-05-2017 21:55     Baxış: 3406 A- / A+
Cəmilə:

Aktrisa Cəmilə Tağızadə yeni yaradıcılıq işlərindən danışıb.

Musavat.com saytına açıqlama verən aktrisa bildirib ki, yeni serialda rol alacaq:

“Yeni film və serial təklifi almışam. “Barama” adlı serialdır, məşhur simalar rol alacaq. Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Asya Atakişiyeva, Aqşin Fateh və başqaları ilə kamera qarşısına keçəcəyəm.

Film barədə isə açıqlama verməyə icazə vermirlər. May ayında çəkilişlərə start veriləcək. O zaman ekran işi haqda geniş açıqlama verəcəyəm”.

Cəmilə aktrisalıqdan əldə etdiyi gəlirdən də bəhs edib:

“Təəssüf ki, aktrisalıqdan lazım olan qədər gəlir əldə edə bilmirəm. Yalandan deyə bilmərəm ki, 40-50 min qazanıram. Bu sahədə heç kim böyük məbləğlər qazanmır. Azərbaycan kinosundan milyonlar qazanmaq olmur”.

Aktrisa başqa peşə sahəsinə mənsub şəxslərin aktrisalıq etməsinə də münasibət bildirib: “Mənim aktrisalıq təhsilim var. Amma bu sahəyə başqa peşədən gələnlərə də normal baxıram. İstedad olması vacibdir. İstedadı olmadan kino sahəsinə gələnləri isə qınayıram. Kiminsə pulu, kiminsə day-dayı, kiminsə yaxşı rejissor dostları var. O səbəbə aktrisalıq edənlərə münasibətim birmənalı deyil. Çünki o zaman istedadı və təhsili olan gənclər kənarda qalır. Dünya praktikasında da var ki, təhsilsiz, amma istedadlı şəxsləri kinoya cəlb edirlər. istedadsız birinin isə istedadlının yerini tutması qəbuledilməzdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar