Manevr.az xəbər verir ki, aktyor aparıcısı Zaur Baxşəliyevin Ülviyyəyə ünvanladığı "Həyatdakı, yoxsa səhnədəki Muradı çox sevirsən" sualına ilk olaraq özü reaksiyası verib:
Ülviyyə isə suala "Səsini bəyənirəm. Sadəcə çox zil oxuyanda, deyirəm bu qədər zilə çıxma. Səhnədəki Muradı sevirəm. Həyatda çox çətin xarakterli insandır. Açıqlamaq istəmirəm, özü çətin xasiyyətlərini desin" şəklində cavablayıb.
Murad Ülviyyə ilə aralarında yaşadıqları gərginliklərdən də danışıb:
"Ülviyyə çox tərs adamdır. Uşaqların ikisi də ona oxşayıb. Mən isə dürüst insanam. Dediyim sözə əməl olunmayanda xasiyyətimi göstərirəm, Ülviyyə əsəbiləşəndə 3-4 il əvvəl olan söhbətlər də yadına düşür. Mən isə tez əsəbiləşib, tez də unuduram. Lakin dediyim söz edilməyəndə özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Bizim mübahisələrimizə səbəbi xarakterimi dəyişməmiyimdən irəli gəlir. Həmişə belə olmuşam. Ülviyyə bu sənətə gələndə bilib ki, necəyəm, tələbim nədir. Ona uyğun hərəkət etməyəndə söz-söhbət olur. O, məni dəyişmək istəyir. Mən isə dəyişmirəm. Özümü çətin adam saymıram. Çünki kollektivdə çalışıram. Sadəcə xarkterim var. Xaraktersiz adamlardan zəhləm gedir. Xoşuna gəlməyən nəyisə hiss etdirməmək düzgün deyil".
Ülviyyə aktyorun sözlərinə qarşılıq olaraq bu fikirləri səsləndirib:
"Mən də xarakterli insanam. Bəs o, niyə məni dəyişməyə çalışır? Özü dəyişməsin, amma məni dəyişir. Bu necə olur? Bəzi yerlərdə susub ailəmin xətrinə dəyişmişəmsə, içdən etməmişəm. Haradasa özümü büruzə vermişəm".axşam.az