Manevr.az xəbər verir ki, görüntülər İN Media youtube kanalında paylaşılıb.
Qeyd edilib ki, hər iki şəxsin cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
Xatırlatma: İstintaq materiallarında qeyd olunub ki, Təranə ilə Rasim qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.
Aparılan istintaq zamanı müəyyən olunub ki, Təranə Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasimlə birgə ad və soyadı şərti olan Altay Səfirovun fotoşəkillərini əldə edib.
Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə kişini hədələyiblər. Bu yolla onlar Altaydan 3 min manat tələb ediblər.
Beləliklə, ötən ilin noyabrında Təranə ilə Rasim zərərçəkmişdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, onlar təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.