Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu mahnıları efirə buraxmaq ölkəyə xəyanətdir - Mübariz Tağıyev

Tarix: 06-04-2023 16:49     Baxış: 4206 A- / A+
Bildiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib.
Bu siyahıdakı mahnıların adları, tərzləri ciddi müzakirəyə səbəb olub.

Manevr.az bildirir ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının xalq artisti, müğənni Mübariz Tağıyev bakupost.az -a açıqlamasında “mahnı bazarı”nda vəziyyətin fəlakət həddə olduğunu deyib.
O, televiziyaların iş prinsipinə diqqət çəkərək, bədii şura yaradılmasının zəruriliyini qeyd edib:
“O vaxt SSRİ yanında bədii şuralar var idi. Bütün mahnılar, onların mətnləri süzgəcdən keçirilirdi. Bu gün isə bu prosesi görmürük. Təkcə dövlət televiziya və radiolarında qalıb. Mahnılar süzgəcdən keçməmiş efirə buraxılmamalıdır. Digərlərində kim, nə istəsə, edir. Bəstəkarların, şairlərin adını yanlış verirlər. Belə gedə bilməz. İstər sosial şəbəkələr, istərsə də televiziyaların nəzdində bədii şuralar yaradılmalıdır. Ayrı çıxış yolu yoxdur. Sosial şəbəkədə fikir bildirməklə mümkün olan iş deyil”.
Xalq artisti bildirib ki, bu gedişat Azərbaycan incəsənətinə ciddi zərbələr vuracaq:
“Həmin insanlar fikirləşməlidir ki, bilmədikləri nəyisə söyləmək, bayağı mahnıları camaatın beyninə yeritmək Azərbaycana xəyanətdən başqa bir şey deyil. Hər bir insan bunu daxilində yaşamalı, düşünməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar