Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Eurovision təmsilçisinin yalanı üzə çıxdı - Video

Tarix: 30-04-2017 21:42     Baxış: 4355 A- / A+
Ermənistanın Eurovision təmsilçisinin yalanı üzə çıxdı


Bəstəkar İsa Məlikov Ermənistanın "Eurovision-2016" müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyanın iddialarını təkzib edib.


Manevr.az sputnik.az-a istinadən xəbər verir ki, Ermənistanın "Eurovision-2016" müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyan www.eschalley.com saytına müsahibəsində qeyd edib ki, Azərbaycanın "Eurovision-2017"dəki təmsilçisi Diana Hacıyevanın "Skeletons" mahnısı ötən il Mukuçyana təklif olunsa da, o mahnıdan imtina edib.

Diana Hacıyevanın bu mahnısının musiqisinin müəllifi kimi İsa Məlikov qeyd olunub. Sözlərin müəllifi isə isveçli Sandra Byermandır. Sputnik Azərbaycan Mukuçyanın iddiasını araşdırmaq üçün hazırda Kiyevdə olan İsa Məlikova müraciət edib. Məlikovun sözlərinə görə, "Skeletons"un musiqisi 2017-ci ilin əvvəlində xüsusi olaraq Diana Hacıyeva üçün yazılıb, fevralda isə sözlərinin yazılması üçün Sandra Byermana göndərilib.

"Sandra Diananı tanıyır, ona görə də Diananın əsasən hansı mahnıları oxumağa üstünlük verdiyini bilirdi. Onun musiqiyə yazdığı sözlər Diananın çox xoşuna gəldi. Mahnı belə yarandı və ona görə də hüç cür ötən il erməni müğənnisinə təklif edilə bilməzdi"- Məlikov bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar