Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin oğlu söyüşə görə adam vurdu - "Belə vurub-yıxan oğlansan, get bacını axtar"

Tarix: 29-04-2017 15:20     Baxış: 4357 A- / A+
Xalq artistinin oğlu söyüşə görə adam vurdu -

Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan küçədə getdiyi yerdə xoşagəlməz hadisə ilə üzləşib.

Atasının yolunu davam etdirərək, bir sıra teleseriallarda müxtəlif obrazları canlandıran Cavidan Novruzov yeniçağ.az-a açıqlamasında iştirakçısı olduğu insidentə belə aydınlıq gətirib:

"Vicdan haqqı" serialında canlandırdığım Əbdül rolunun badına gedəcəkdim. Hələ də anlaya bilmirəm, bu insanlar niyə elə bilirlər ki, serialda baş verənlər həyatda da yaşanır. Bir ayın söhbətidir, şəhərdə gedirdim, iki-üç oğlan mənə söz atdı ki, belə vurub-yıxan oğlansan, get bacını axtar. Çaşıb qaldım ki, bu nə deyir?

Yenidən qayıtdı ki, get bacın Dilarəni axtar tap. Söz xoşuma gəlmədi, dedim, ə, sən kimə deyirsən? Cavab vermədi, başladı gülməyə. Üstünə yeriyib, əl atdım boynuna. Əlbəyaxa olduq, dava düşdü, uşaqlar aralaşdırdılar.
Amma onları otuzdurdum yerlərində. Adamın real həyatla serialı qarışdırması xoşuma gəlmədi. Ən azı sözü başqa cür də demək olardı".

Qeyd edək ki, Cavidan Novruzov "Vicdan haqqı" serialında Əbdül orazını canlandırır. Serialda "vurub-yıxan oğlan" kimi tanınan Əbdül baş qəhrəman olan Dilarənin qardaşıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar