Sizin Reklam Burada
Xəbər lenti
26-04-2026
25-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia

Tarix: 28-04-2017 13:38     Baxış: 4275 A- / A+
Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal


Ermənistanı ötən il “Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi “Skeletons” barədə iddia irəli sürüb. Manevr.az xəbər verir ki, həmin iddianı eschalley.com “Eurovision” xəbər saytı dərc edib.

Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan “Eurovision” proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnıları barədə fikir bildirib.

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal


İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu “Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:


“Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orda idim. Hər şeyi bərabər hazırladıq”.

“Qafqazinfo” mövzu ilə bağlı İTV-nin İctimaiyyətlə əlaqələr departamentiylə əlaqə saxlayıb.

Bildirilib ki, İveta hüquqi bir şəxs olmadığı üçün onun ittihamına cavab verilməyəcək:


“İveta Mukuçyan yarışmanın iştirakçısı deyil. O, heç bir rəsmi qurumu təmsil etmir. Belə çıxır ki, Mukuçyan hüquqi nöqteyi nəzərdən adi bir vətəndaşdır. Avropada fikir prüalizmi var. İstənilən insan istənilən fikri səsləndirə bilər.

Biz şirkət kimi hər bir siravi bir vətəndaşın qeyd elədiyi müəyyən fikirlərə reaksiya verməyimiz düzgün olmaz. Hər hansı bir rəsmi qurum ittiham səsləndirsəydi, cavab verərdik. Qeyd edərdik ki, bu provekasiyadır, iftiradır, böhtandır. Lakin, o, səlahiyyətli şəxs olmadığı üçün bu mövzuda reaksiya verməyəcəyik.

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal


Bu məqamda qeyd edək ki, belə bir hadisə təkcə bu il baş verməyib. “Eurovision – 2016”da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı da əvvəlcə isveçli müğənni Molly Pettersson Hammar üçün yazılıb. Lakin o, mahnını ifa etməyib, seçimi başqa mahnıdan yana olub.

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal


Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Səmra Rəhimlinin “Miracle”, Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.“Qafqazinfo”

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar