Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Röya Ayxanı BDU-ya kim qəbul etdirib? - İDDİA

Tarix: 27-01-2023 16:07     Baxış: 3273 A- / A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun 15 yaşında Bakı Dövlət Universitetinə (BDU) qəbul olunması ilə bağlı məlumat müğənni Röya Ayxanı da gündəmə gətirib. Onun da BDU-nun hüquq fakulətsinə qanuni yolla qəbul olunmasına şübhələr yaranıb. 

Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi (DİM) Seymur Talıbovla bağlı məsələyə aydınlıq gətirsə də, Röyanın BDU-ya necə qəbul olunmasını universitetlə dəqiqləşdirməyi tövsiyə edib. "Talıbov Seymur Vasif oğlu müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər…”, deyə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Pravda.az-a bildirib. 

DİM rəsmisi Röya Ayxanla bağlə konkret açıqlama verməyib: "İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”

BDU-dan verilən açıqlamada isə bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı məzun yoxdur. Universitetdən qeyd edilib ki, Röya BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.

Manevr.az
bildirir ki, Qaynarinfo Röya Ayxanın BDU-ya necə qəbul olunması ilə bağlı araşdırma aparıb. İddiaya görə, o, 2004-cü ildə BDU-ya köçürmə yolu ilə qəbul edilib. Müğənni Dağıstanda fəaliyyət göstərən hansısa universitetdə təhsil alırmış. 

Həmin vaxt BDU-nun rektoru Abel Məhərrəmov olub. İddia edilir ki, Röyanın BDU-ya qəbul olunmasında keçmiş rektor xüsusi rol oynayıb. Bu iddia Röya Ayxanın 2005-ci ilin parlament seçkilərində Abel Məhərrəmovun seçki kampaniyasında fəal iştirakı ilə əsaslandırılır. 

İddialarla bağlı müğənninin və keçmiş rektorun mövqeyini öyrənmək mümkün olmayıb. 

Qeyd edək ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb. O, eyni zamanda Milli Məclisin III və IV çağırış deputatı olub. 15 noyabr 2018-ci ildə rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda BDU-da kafedra müdiridir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar