Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Dediyi fikirlərə qoşuluram, kəndçilik qalır" - Şair Baba Vəziroğludan Bəhrama DƏSTƏK

Tarix: 16-01-2023 14:58     Baxış: 4228 A- / A+

“Bəhram Bağırzadə mənim dostumdur. Çox vətənpərvər və koloritli bir insandır. Məhz Bakı koloriti ilə formalaşıb. Mən də onun dostları siyahısındayam və özü də “zır” kəndçiyəm. Deyərdim ki, onun dostlarının bəlkə də 99,9 faizi elə rayondan çıxmış adamlardır”. 
 
Manevr.az xəbər verir ki, bu sözləri demokrat.az-a əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.O, qeyd edib ki, Bəhram Bağırzadənin dediklərini bir az o kontekstdən çıxarırlar: 
 
“Mən də onun dediyi fikirlərə qoşuluram. Düşünürəm ki, kənddən Bakıya adaptasiya olunmaq üçün bir müddət lazımdır. Mən 17 yaşından Bakıdayam, hələ indinin özündə, yəni 50 ildən sonra özümü yavaş-yavaş şəhərli hiss etməyə başlayıram. Amma görürəm ki, bəzi yerlərdə bu kəndçilik qalır. Nə yaxşı ki da qalır. Özümü şəhərdə doğulan bir insan kimi göstərim, o alınmaz. Alınsa da, riyakarlıq olar. Burada nə var ki?! İnsanlar da bitkilər kimidir. Öz doğulduğun torpağın havasını udur, suyunu içir və formalaşır. Hazırda şəhərə axın lap çoxdur. Hərdən olur ki, restoranda oturanda görürsən ki, çığırırlar, bağırırlar, məişət söhbətlərini hamıya eşitdirmək istəyirsən. Bu da yerinə düşməyən hərəkətlərdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar