Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“İstəmirdim ki, qızım aktrisa olsun, amma...”

Tarix: 24-12-2022 09:13     Baxış: 3295 A- / A+

"Gülarə 4 yaşından mənim yanımda reklamlara çəkilir. Sənət xəstəliyi onu 4 yaşında tutub. 3 dəfə buraxılış kursum olub, bütün dərslərimdə Gülarə oturub. Sonra İncəsənət universitetinə daxil oldu, oxudu. Demək olar ki, onu mən böyütmüşəm, öz qızımdır. Bir neçə ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır. Teatrda rolları var. Ötən ay Gülarənin oynadığı "Qaraca qız" tamaşasını gedib izlədim. Bilirdim ki, o böyük həyəcan keçirir. Mən onun hisslərini başa düşürdüm. Həmişə Allaha dua edirdim ki, gedim balamı səhnədə görüm, o günü mənə nəsib et. Allah bu günü mənə nəsib etdi, şükürlər olsun".
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O, daha sonra əlavə edib.
"Bu sənət çox çətindir. Çox istədim ki, balamı incəsənət sahəsindən uzaqlaşdırım, amma mümkün olmadı. İstəyirəm ki, o da mənim kimi pillə-pillə bu hörməti qazansın. Bütün xalqın sevimlisinə çevrilsin. Ona baxanda öz gəncliyimi görürəm, elə mənim davamçım olsun. Amma öz adı ilə möhürünü vursun, mənim adımla yox. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradova təşəkkür edirəm. Yadigarla biz uzun illərin dostuyuq, mənə dedi ki, Firəngiz mən Gülarənin gözündəki sənət eşqini görməsəydim onu teatra işə qəbul etməzdim. Yəni burada mənim böyük rolum yoxdur, qızımın öz əziyyətidir. Allahdan ona uğurlar arzu edirəm, xalası kimi hər zaman yanındayam" deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, teatrı sevməyən orada işləyə bilməz.
"Elələri var ki, ad-san üçün teatra gəlir. Deyir ki, onsuz da adım teatrda gedir də, özüm gedib orada-burada gəzim. Amma teatrı sözdə yox, əməldə sevmək lazmdır. Bu sənətdə olan insanlar xalqın sevimlisinə çevrilməlidir. Heç bir iş asan deyil. Bizim sənətimiz ümumiyyətlə çətindir. Geyinirsən, soyunursan.. Rəhmətlik Bürcəli Əsgərov deyirdi ki, adam gündə neçə dəfə soyunub, geyinər?" deyə aktrisa bildirib.
Xalq artistinin bacısı qızı, aktrisa Gülarə Məmmədova bildirib ki, onda sənətə olan sevgini xalası yaradıb.
"Uşağlığımı xalama görə teatrda keçirmişəm. Bütün günü xalamla teatra gedirdim. Kulisdə gözləyirdim, paltarlarını geyinirdim. Ordan başladı məndə həvəs. Dedimki, mən aktrisa olacam. Beləliklə xalama dedim, incəsənət universitetinə daxil oldum, oranı bitirdim. Çox sağ olsun Yadigar müəllim, teatrın baş rejissoru Loğman müəllim, mənə güvəndilər, teatra qəbul etdilər. Artıq 3 ildir, 4-cü ilimə keçir ki, teatrda çalışıram. Demək olar ki, bizim teatrda hər cür obrazlar var. Həm uşaqlar üçün, həm də böyüklər üçün tamaşalarımız var. Bütün uşaq tamaşalarında iştirak edirəm" deyə aktrisa bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar