“Tanınmış meyxanaçı Rəşad Dağlının istintaqının gedişindən asılı olaraq, elan olunmuş ittiham maddəsinin dəyişdirilməsi mümkündür”.
Manevr.az xəbər verir ki, bunu tanınmış vəkil Rəşad Əliyev IN Media youtube kanalına müsahibəsində deyib.
“Hazırda Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Bu maddənin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni maddə ilə cinayət işinin ibtidai istintaqı yekunlaşıb məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı aparılmalıdır. Məhkəmə istintaqından sonra dövlət ittihamçısı cəza istəyəcək və daha sonra məhkəmə hökm çıxaracaq”, - vəkil vurğulayıb.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.sfera.az
Xəbər lenti
“Rəşad Dağlının ittiham olunduğu maddə dəyişdirilə bilər” – Vəkildən açıqlama/VİDEO

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar