Xəbər lenti
Azərbaycanlı tələbə Sibirdə gözəllik müsabiqəsinin qalibi oldu - ŞƏKİL
Rusiyada yaşayan Azərbaycan əsilli tələbə Mariya Əliyeva Tomskda keçirilən "Etnogözəllik” gözəllik və istedad müsabiqəsinin qalibi olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşəbbüskarı Sibir Dövlət Tibb Universitetinin saytında bildirilib.
Bildirilir ki, qələbə uğrunda Tomsk şəhərinin yeddi təhsil müəssisəsindən 12 tələbə qatılıb. Onlar müxtəlif etnik qrupları, xalqları və adət-ənənələri dəfilə geyimləri, yaradıcı çıxışları və mədəniyyət təqdimatı ilə təmsil ediblər. Müsabiqə zamanı iştirakçılara çeviklik və dartınma, çay içmək adətləri, kukla toxuması üzrə ustad dərsləri təşkil olunub, fotosessiyalar keçirilib.
Müsabiqənin qalibi Azərbaycan mədəniyyətini təmsil edən Sibir Dövlət Tibb Universitetinin pediatriya fakültəsinin I kurs tələbəsi Mariya Əliyeva olub.
"Uşaqlıqdan yaradıcılığı çox sevirəm və özümü bayanda, fortepianoda ifa etmək, şeir oxumaq, vokal, rəsm çəkmək, rəqs etmək kimi müxtəlif istiqamətlərdə sınamışam. Bir çox yarışlarda iştirak etmişəm. Bütün bunlar səhnəni və tamaşaçıları sevməyimə kömək etdi, düşünürəm ki, bu, əvəzolunmaz enerji verir”, - deyə qalib bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar