Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İskəndər Rəşadı bu məlumatları yaymaqla şantaj edibmiş - YENİ FAKTLAR

Tarix: 11-11-2022 16:32     Baxış: 4263 A- / A+
İskəndər Rəşadı bu məlumatları yaymaqla şantaj edibmiş - YENİ FAKTLAR
Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.
 
Manevr.az report-a istinadən xəbər verir ki, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.
 
Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni, şantaj edib.
 
Rəşad Dağlı həmin "məsələni aydınlaşdırmaq" üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi "Niva" markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvanın qarşısına gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.
 
Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.
 
İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.
Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.
 
Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.
 
Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.
 
Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar