Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir

Tarix: 10-11-2022 10:39     Baxış: 4250 A- / A+
Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir
Noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən məşhur meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün hakim qarşısına çıxarıla bilər.
 
Manevr.az xəbər verir ki, meyxanaçı Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılması gözlənilir.
 
Qeyd edək ki, gecə saatlarında 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlunu qətlə yetirən meyxanaçı 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Dağlı) Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 
 
Onu da qeyd edək ki, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar