Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Axtarışa verilən Afətdən ŞOK AÇIQLAMA : “Heç kimdən qaçmıram...”

Tarix: 27-10-2022 12:18     Baxış: 4330 A- / A+
Axtarışa verilən Afətdən ŞOK AÇIQLAMA : “Heç kimdən qaçmıram...”
“Məsələdən xəbərim var. Yerim yurdum da bəllidir. Axtarış edən orqan mənə zəng edib. Harada yaşadığımı, qeydiyyatdan olduğum ünvanı polisin nəzərinə çatdırmışam. Heç kimdən qaçmıram. Hər gün də çıxış etdiyim toylardan canlı videolar paylaşıram”.
 
Manevr.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
 
Sənətçi Ali Məhkəmənin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərara bu cür münasibət bildirib.

“İşin mənsiz baxılması ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişəm. Amma vəkilim orada axtarışımı da yazıb. Çünki Ali Məhkəmə axtarışı ləğv edə bilməz. Nə Ali Məhkəmənin, nə də ki apelyasiyanın bunu ləvğ eləməyə ixtiyarı çatmır.
 
Bilirdim ki, axtarış yerində də qalacaq. Bu məsələ mənsiz baxılmalı idi. Cinayət prosesual məcəlləsinin 311-ci maddəsində deyilir ki, təqsinləndirilən şəxs əgər Azərbaycanda yoxdursa, ölkə hüdudlarından kənardadırsa, proses mənsiz baxıla bilər, vəkilimin iştirakı ilə. Biz ondan şikayət vermişik. Amma hələ onun cavabını bilmirəm.Düşünürəm ki, məhkəmə mənə qarşı qərəzlidir. İştirakım olmadan işimə baxmır. Ali Məhkəmə məni həbssiz axtarışa verib. İynə olub yoxa çıxmamışam ki.. Müğənni adamam, hamı bilir, mən haradayam. Məni tapmaq iki vur, ikidir”.
 
Xatırladaq ki, Apa-nın yaydığı məlumata görə, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib. Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.
 
Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.
 
Xüsusi ittihamçısı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar