Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi – DƏBDƏBƏLİ BAĞ EVİNDƏN ... FOTOLAR

Tarix: 18-04-2017 12:45     Baxış: 5574 A- / A+
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Tanınmış şairə Nazilə Səfərli Novxanıdakı dəb-dəbəli bağ evindən gəlin köçürüb.

Xaricdə yaşayan azərbaycanlı xanımlardan biri şairəyə zəng edərək bildirib ki, xınayaxdı mərasimini məhz onun aparmasını istəyir:

"Bu günə kimi çox xınayaxdı mərasimlərini təşkil etmişəm. Vəzifəli insanların da, dövlətlilərin də, imkanı olmayanların da övladlarının həm toy, həm xına mərasimində aparıcılıq etmişəm, komandamla birgə şənlik təşkil etmişik. Amma belə maraqlısı olmamışdı ... Deməli 1 ay öncə mənə Türkiyədən zəng gəldi. Telefonu götürdüm, dedi adım Günel, istəyirəm xınamı siz edəsiniz. Dedi ki, uşaqlıqdan arzu etmişəm ki, xınamı məhz Nazilə xanım aparsın. Günel dedi ki, siz birinci dəfə Zaurun verilişinə çıxıb, xına yaxanda anama dedim ki, ana mənim xınamı bu xanım yaxacaq. Anası tibb bacısı işlədiyi üçün köks ötürüb, ürəyində bunun mümkünsüz olduğunu düşünüb. Nəysə əziyyətlə anası bu qızı böyüdüb.

Bir gün qız xalası qızı ana olduğu üçün Türkiyəyə gedib, iş adamı olan bir oğlan qıza aşiq olub. Qız açıq-saçıq geyinən olub, oğlan isə qatı dindar. Amma oğlan deyib alacam səni ... Yeni il gecəsi İstanbulda terror olan klubda bu qızla oğlan bayram keçiriblər. Özü də ki, qızın təkidi ilə həmin məkana gediblər. Atışmada hər iksi vurulub, ancaq stolun altında gizlənə biliblər. Atışma bitdikdən sonra bunlar gizləndikləri yerdən çıxıblar və görüblər ətraflarında ölülər və ağır yaralılar... Qız oradaca qərarını verib, oğlana deyib mən sənə ərə gəlirəm və başımı da bağlayacam. Sadəcə şərt qoyub ki, toyumu Azərbaycanda et və səhəri günü sənin ailənin yanına başı hicablı qayıdacağam.

Və belə bu cütlük ürəyimə o qədər yatdı ki, xınayaxdı mərasimlərini də bağımda etdim, hələ üstəgəl mənə elə bahalı hədiyyələr gətirmişdilər ki, düşündüm ki, onlara toy mərasimlərinin açılışını da hədiyyə edim. Hətta qızı öz bağımdan gəlin köçürtdüm. Ən maraqlısı səhəri gün o gəlinlikdən sonra qapanıb, ailəsi ilə halallaşıb və Türkiyəyə hicabda gedib. Təki bütün subaylar xoşbəxt olsun, biz də toylarında bax belə yüksək səviyyədə iştirak edək".xanim.az

Manevr.az

Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi
Nazilə Səfərli ilin ən maraqlı toy mərasimini təşkil etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar