Xəbər lenti
Xatirə sarımsaq qalmaqalından danışdı: "Arada özünə hörmət elə, ay Zaur!"
"Mən dostluq etməyi bacardığım kimi, düşmənçilik etməyi də bacarıram"
Son günlər sarımsaq qalmaqalı ilə gündəmə gələn müğənni Xatirə nəhayət susqunluğunu pozub. Həmin qalmaqaldan sonra yerli həmkarlarının tənqidinə tuş gələn müğənni olaya münasibət bildirib.
Müğənni bunun bir şou olduğunu bildirib:
"Əslində bu verilişdə olanlar hamısı dostlarımızdır. Ona görə adam hərdən çörək kəsdiyi insana ürəkdən cavab verə bilmir. Mən də dostluq etməyi bacardığım kimi, düşmənçilik etməyi də bacarıram. Özü də yüksək səviyyədə... Bu günə qədər heç kəs mənimlə yüngül zarafat etməyib. Bunu edə də bilməz. Yerdə qalan bütün ömrümü həmin insana həsr edərəm. Məni tanıyanlar bunu bilir. Zaur da zarafat ilə bir şou yaratdı. Mən də onu ciddiyə almadım. Çünki dostuq. Həm də efir mədəniyyətini gözlədim. Düzü Zaurdan bu hərəkəti gözləmirdim. Efirdən yaxşı görsənməz deyə, çox dərinə də getmədim. Susmağım da buna görə oldu. Verilişi tərk etməməyimə yeganə səbəb isə Abbas Bağırov oldu. Bunu reklamda Zaura da dedim. O da gülüb dedi ki, zarafat etməyək? Çox əsəbləşmədim. Şəxsiyyətimə, mənliyimə toxunan bir söz deməyib ki? Sarımsaqla bağlı söhbətin dərininə getmək bizə yaraşmaz. Nəyin söhbətinə gəlmisən? Sarımsağın.... Sarımsaq yeyin, cana xeyirdir. Mikrobları öldürür. Arada “Özünə hörmət elə” kinosuna bax, ay Zaur”.
Qeyd edək ki, ötən həftə "Xəzər" telekanalında müğənni Xatirə İslam ilə əməkdar incəsənət xadimi Zaur Kamal arasında canlı yayımda qeyri-etik dialoq yaşanıb. Buna səbəb isə müğənninin verilişə sarımsaq yeyərək gəlməsi olub.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar