Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rəhimin prodüserindən iddialara cavab - "Bir toya 3500 manata gedirdi" - VİDEO

Tarix: 09-10-2022 11:49     Baxış: 5243 A- / A+
Rəhimin prodüserindən iddialara cavab - 
"Rəhimlə artıq 6-7 ildir bərabər işləyirdim. Bu günə qədər qapısını döyməyən sənətçilər, hamı onun haqqında danışmağa məcbur olub. Rəhimin ölümü çoxunun əlində reklam, piar olub. Hamı danışır. Elə sənətçilər danışır ki, elə bil Rəhimin əlindən tutub onu sənətə gətiriblər, müəllimi olub, televiziyaya çıxardıblar. Baxıb sadəcə gülmüşəm. 7 il ərzində bir evdə qalmışam, amma bir dəfə o müğənninin, o sənətkarın qapısını döyüb içəri girdiyini görməmişəm". 
 
Manevr.az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin prodüseri Həmzə Məmmədli "7 canlı" proqramında qonaq olarkən deyib. O, sənətçinin müalicəsi üçün imkanının olmaması ilə bağlı iddialara da aydınlıq gətirib:
 
"Çoxu deyir, Rəhimin pulu yox idi. Bir həkim var danışır, bilmirəm piar edir, ya nədirsə... Onun prodüseri olmuşam, gün ərzində ən azından iki toya gedirdi və ya bir. Bir toya minimum 3500 manata gedirdi. Bu, Bakı qiyməti idi. 2 toy olanda edir 7000 manat. İndi bu adamın özünü müalicə etməyə imkanı yox idi? Şəhərin mərkəzində qalırdı, hamı da gördü.
 
Evinin yanında restoran, istirahət mərkəzlərindən biri evini almaq istəyirdi. 2 milyon verirdi. Rəhim satmadı, çünki deyirdi ata-baba yurdudur. Lazım olsa, satıb öz müalicəsinə verə bilərdi. Həm də Rəhimin çox yaxşı, imkanlı dostları var idi. Lazım olsa, onlar da köməklik edərdi. Sadəcə olaraq özü də bəzən istəmirdi. Çünki yorulmuşdu".

[media=
]


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar