Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Coşqunla Rəfaeldən inanılmaz rekord -VİDEO

Tarix: 14-04-2017 14:32     Baxış: 4385 A- / A+
Coşqunla Rəfaeldən inanılmaz rekord

“Bu şəhərdə” komediya teatrının komandası yeni rekorda imza atıb. Yutub sosial şəbəkəsində bir həftə əvvəl yerləşdirilməsinə baxmayaraq, 2016-cı il konsertinin tam versiyası 1 milyondan çox baxış sayı toplayıb. Hətta Yutub rəhbərliyindən "Bu şəhərdə"nin elektron ünvanına bununla bağlı təbrik məktubu da daxil olub. Məktubda qısa müddətdə həcminə görə çox böyük (2 saat 20 dəqiqə) olmasına rəğmən, bu qədər baxış sayının region üzrə rekord olduğu vurğulanıb.

“Bu şəhərdə”nin aktyoru Coşqun Rəhimov Kult.az-a açıqlamasında bu nəticənin Qafqazda ilk olduğunu söyləyib:

“Həcminə görə böyük olmasına baxmayaraq, videonu bir həftə ərzində 1 milyondan çox adam izləyib. Halbuki, bu göstərici hər hansı mahnı klipində olsaydı, bu qədər təəccüblü olmazdı. Nəzərə alsaq ki, videonun həcmi 140 dəqiqədir, demək, bu nəticə 2-3 dəqiqəlik bir klipin baxışından 50 dəfə çoxdur. Bu isə 50 milyondan çox baxış deməkdir. İndiyə kimi nəinki Azərbaycanda, hətta Qafqazda belə bir nəticə əldə olunmayıb”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar