Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Faiq Ağayev: “İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim”

Tarix: 11-09-2022 18:23     Baxış: 4301 A- / A+



“Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi”.
Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev verilişlərin birində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib.
Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:   
“Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. Ağayev, televizoru, radionu yandırıram, elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram.
Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm”.(axşam.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar