Xəbər lenti
Naibə Allahverdiyevanın ölüm xəbəri çoxunun sevincinə səbəb olub
Aktrisa şayiələrə son qoyub.
Əməkdar artist Naibə Allahverdiyevanın ölüm xəbəri yayılıb.
Yayılan xəbər təsdiqini tapmayıb. Bu haqda N. Allahverdiyeva özü açıqlama verib:
"Bəzi saytlar ölüm xəbərimi yaydı. Bilmirəm bu kimin sifarişi ilə oldu. Bu xəbərə həm sevinənlər, həm də kədərlənənlər oldu. Ömrü verən Allahdır. Əsas ömrü dəyanətlə yaşayasan və özündən sonra azacıq da olsa, iz qoyasan. Əgər sənətimlə bir çox insanın qəlbinə yol tapıb, sevgi qazanmışamsa, deməli bu həyatı boş yaşamamışam. Bu günə kimi həyat məni çox sınaqlara çəkib... vurub, sürüyüb, yıxıb, yaralayıb... Amma qəlbimdən insanlara qarşı sevgi və mərhəməti məndən ala bilməyib. Qəlbimi kin-küdurətlə doldura bilmədi. Buna görə xoşbəxtəm.Ölüm xəbərimə sevinənlərə demək istəyirəm ki, xəstəlikdən heç kəs sığortalanmayıb. Hər kəsin qapısını bir gün döyə bilər. Amma mən bunu mənim ölüm xəbərimə sevinənlərə arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin".
istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar