Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
BÜTÜN XƏBƏRLƏR

Alim Qasımovun kürəkəni Ali Məhkəməyə müraciət etdi

Tarix: 19-08-2022 19:35     Baxış: 3302 A- / A+
Alim Qasımovun kürəkəni Ali Məhkəməyə müraciət etdi
Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamov barəsindəki məhkəmə qərarından narazıdır. 
Manevr.az apa-ya istinadən yazır ki, məhkum Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
 
Şikayət ərizəsində qüvvədə olan qərarın dəyişdirilərək daha yüngül cəza ilə əvəz olunması xahiş olunub.

Şikayət ərizəsi Ali Məhkəməyə təqdim edilib.
 
Xatırladaq ki, Elnur Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunub.
İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova tanınıb. O, məhkəmədə 51621 manat təşkil edən dəymiş ziyanın ödənilməsini tələb edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamov 9 il azadlıqdan məhrum olunub.
 
Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 8 ilə endirib.
 
Qeyd edək ki, Elnur Mövlamov Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar