Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimova Afət Fərmanqızı barədə: “Mənə kiməsə böhtan, şər atmaq yaraşmaz"

Tarix: 10-08-2022 18:23     Baxış: 4305 A- / A+

Əsas səhifə
> Maqazin


"Mən Azərbaycanın ilk Xalq Artistiyəm. O dövrdə evdəki 8-9 yaşlı övladımı Allahın ümidinə buraxaraq tankın qarşısına çıxmışam. Bu Vətən üçün çalışmışam. Afət Fərmanqızı məhkəmədə qışqıra-qışqıra mənim vaxtilə mitinqlərə çıxdığımı, "Elçibəy" adını da xüsusi vurğulayıb, bu nüansları hakimin diqqətinə ciddi-cəhdlə çatdırırdı. Məhkəmədə tez-tez Elçibəyi tanıyıb-tanımadığımı soruşurdu. Niyə tanımayım? Elçibəy prezident olub. Sanki, hakimin bu məqamlara diqqət yetirməsini, nəticədə də bunların məhkəmə qərarına təsir etməyini istəyirdi".
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a Xalq Artisti Flora Kərimova Afət Fərmanqızı barədə danışarkən deyib. Flora Kərimova davam edib:

"Afət Fərmanqızıyla münasibətlərimiz Nəsiminin "Sığmazam" qəzəlinə hindsayağı oxuduğu "Pencu-Şeş" mahnısına münasibət bildirəndən sonra pisləşdi. Mən ona pis söz deməmişdim, sadəcə, Nəsiminin gördüyü zülmə, yaradıcılığına hörmət qoymağını söyləmişdim.
Bundan sonra o, məni təhqir etdi. Mən də onu məhkəməyə verdim. Onunla bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etməyimin səbəblərindən biri təhqirlərin məhz o rayon ərazisindən idarə edildiyinə görə idi. Məhkəmədə mənə "vaxtilə mitinqlərdə başına çox vurublar" deyirdi. O, məhkəmə prosesində hazırda dövlət qurumlarında çalışan, mənimlə ünsiyyəti yaxşı olan hörmətli insanların adlarını çəkirdi, gənclik həyatım barəsində də ağlasığmaz şər və böhtanlar atırdı. Bu barədə hansısa bir faktı varmı?! Kimsə indiyə qədər bu haqda fakt ortalığa qoya bilibmi?! Bununla bağlı kimlərsə fakt deyə bilərmi?!
Amma məhkəmə qərarı ədalətli oldu. Mən hakim Solmaz Mustafayevaya dərin minnətdarlığımı bildirirəm. Bu qərarla mənim durumumda olan insanlar ümidsizliyə düşməyəcəklər. Çünki mənim məsələmlə ədalətin hər yerdə keçərli olduğunu biləcəklər. 81 yaşım var, mənə kiməsə böhtan, şər atmaq yaraşmaz".

Xalq artisti sonda saytları da diqqətli olmağa çağırıb:
"İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm. Amma bundan sonra mənimlə bağlı hər hansı məsələnin doğruluğunun yoxlanılmadan dərcinə görə saytların da qanuni-hüquqi məsuliyyətə cəlb edilməsi üçün addımlar atacağam".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar