Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Cabbar Musayev həmin qızın sevgilisi olduğunu dedi”

Tarix: 06-08-2022 18:49     Baxış: 5274 A- / A+
öp
“Cabbar Musayev həmin qızın sevgilisi olduğunu dedi”
Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb. 
Manevr.az xəbər verir ki, avqustun 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib. Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökmlə toplanmaq qaydası tətbiq edilib.
 
Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.
 
Məhkəmədə isə məlum olub ki, D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib: 
 
“Onlarla “İlkin Music” səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatında qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi. Onun bizlə oturmasına razı oldum və ilk dərsdən etibarən Musayevin halının dəyişdiyini hiss etdim. İlkin də sonra mənə Nigarın qısqanc olduğunu bildirdi. Dərslər hər dəfə təxirə salınırdı, tez-tez dərs vaxtı fasilələr verilirdi. Aranjeman işim İlkində olduğu üçün ona pul vermişdim və studiyada rahat çalışmaq istəyirdim. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özümə yaraşdırmadığımı bildirdim. C.Musayev daha belə neqativ halların olmayacağına, Nigarın mənimlə eyni otaqda oturmayacağına vəd verdi. Lakin yenə bu hallar davam etdi, nəhayət 4-cü dərsdə, may ayında qısa don geyindiyim üçün Nigarın mənə “düz otur” deməsi məni özümdən çıxardı. Həmin vaxt Cabbar Musayevə bir daha Nigarı görmək istəmədiyimi bildirdim, İlkinə isə belə hallar təkrarlanarsa, ödədiyim pulları geri tələb edəcəyimi dedim”.
 
Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.
 
Daha əvvəl Cabbar Muayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Bildirilib ki, o, “TikTok” sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.
 
Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb. (Qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar