Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Məmurların mülklərini müsadirə edib vətəndaşlara paylasalar...”

Tarix: 25-07-2022 22:49     Baxış: 3297 A- / A+

“İnsanlarda bu qədər neqativliyin səbəbi sosial vəziyyətin normal olmamasıdır”.
Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında müğənni Flora Kərimova bildirib.
Onun sözlərinə görə, vətəndaşları incidən məmurlar cəzasız qalırlar:
“Maaşlara, qiymətlərə, alınan rüşvətə, təzyiqlərə, yalanlara baxın. Bunlar hər yerdədir. Bir ölkənin ki qazisini qapıdan qovulur, onu qovan adam da buna görə cəzasız qalırsa, nəticə necə olmalıdır ki?!
Hər şeyə Prezident nəzarət etməli deyil. O, məmurları inanaraq vəzifəyə təyin edib. Məmurlar belə qanunsuz hərəkətləriylə Prezidentə inamsızlıq formalaşdırır, vətəndaşları ona qarşı qaldırırlar. 
Məmur Prezidentin nümayəndəsidir. Onlara “vətəndaşları incitməmək” tapşırığı verilib. Mən olsaydım, hamının gözünün qabağında elə cəzalar verərdim ki, harınlamış məmurlar sadə xalqı incidə bilməzdi.
Axı, sən niyə öz millətinin nümayəndəsini incitməlisən?!"
Flora Kərimova fikrinin davamında bildirib:
“Dəmir Yumruq” xarici siyasətlə məşğul olsun, ya bu işini bilməzlərlə vaxtını sərf etsin. Vətəndaşları incidənlərin əmlaklarını müsadirə eləsələr, incitdikləri vətəndaşlara paylasalar, belə qanunsuzluqlarının ardı olmaz. Təəssüflər olsun ki, bu, edilmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar