Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İlin ən nüfuzlu qadınları seçildi - Siyahıda birinci odur

Tarix: 20-07-2022 17:38     Baxış: 3373 A- / A+
Siyahıda həyatın müxtəlif sahələrində uğur qazanan görkəmli qadınlar yer alıb. Buraya təkcə məşhurlar deyil, həm də siyasi fəallar, eləcə də ağlasığmaz sınaqlardan keçmiş və ən çətin həyat vəziyyətlərində dözümlülük nümayiş etdirmiş qadınlar da daxil olub.
Məsələn, dizayner Viktoriya Bekemin böyük oğlunun toyunda öz brendinə məxsus paltar geyinməsini jurnalın redaktorları ilin mühüm dəb hadisələrindən biri kimi qiymətləndirib. “Net-a-Porter” pərakəndə satış mağazası bu paltarın oxşarlarının satışında 200 faiz artım qeydə alıb.

Siyahıda bu il taxta çıxmasının 70 illik yubileyini qeyd edən Kraliça II Yelizaveta da var. Kral ailəsi üçün təlatümlü bir dövrdə Kraliçanın 70 illiyinin qeyd olunması onun həm ölkədə, həm də xaricdə davamlı və sarsılmaz populyarlığının sübutu idi.
Kino sənayesini “Killing Eva”nın ulduzu Codi Komer və Emma Tompson təmsil edir. Tompson cinsi məmnunluq axtarışında olan və gənc seks partnyorun xidmətindən yararlanan 60 yaşlı qadını canlandırır.

İdmançılar arasında tennisçi Emma Radukanu yer alıb. Siyahıda moda sənayesindən təkcə Viktoriya Bekhem qərarlaşmayıb. “Vogue” redaktorları eyni adlı brendin yaradıcısı Nensi Dojaka və “Chanel”in baş direktoru Lina Nairi də qeyd ediblər.
Siyahıya müxtəlif fəallar da daxildir: qadınlara qarşı zorakılıqla mübarizə aparan Cebina Yasmin İslam, qadınların menopoz haqqında daha çox məlumat əldə edə biləcəyi internet saytı açan Mariella Frostrup, İrandan Böyük Britaniyaya qayıdan Nazanin Zagari-Ratkliff.
İlin ən nüfuzlu qadınları arasında “Carat” ordeni ilə təltif edilən ilk qaradərili qadın - Baronessa Valeri Amos və Ukraynaya kömək etmək üçün xeyriyyə aksiyası keçirən aşpaz və yemək-blogeri Olya Herkules də var.publika.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar