Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Hüseynin 22 milyonluq "Instagram" hesabı saxtadır? - ŞƏKİL

Tarix: 17-07-2022 11:08     Baxış: 5372 A- / A+

Rusiyanın məşhur azərbaycanlı video blogeri və iş adamı Hüseyn Həsənovun milyonluq qol saatı və ayaqqabısının məşhur brendlərinin saxta olması üzə çıxıb.
Manevr.az bizim.media-ya istinadən xəbər verir ki, bu dəfə isə blogerin rəsmi "Instagram" hesabında olan izləyici sayının saxta olması iddia edilib.
Belə ki, sözügedən sosial şəbəkə platformasında 22 milyon izləyici sayının yarıdan çoxu saxtadır.  
Mənbə H.Həsənovun populyarlığına şübhə etmir. 
"Onun fanatlarla görüşlərində insan seli yaşanır, hətta bəzən izdihamlar da olur. Bununla belə, görünür, blogerin "bandası" (Hüseynin özü fəxrlə pərəstişkarlarını adlandırır) o qədər də çox deyil.  
Ulduzun qadağan olunmuş sosial şəbəkədəki hesabı 22 milyon abunəçiyə malikdir, lakin onun yazıları cəmi iki milyon bəyənmə toplayır.  

Hesabın sürətli inkişafı da diqqət çəkir: 2019-cu ildə Hüseyn 10 milyon, 2020-ci ildə 15, 2021-ci ildə 17, artıq 2022-ci ildə isə 22 milyon abunəçi qeyd olunub.
Ümumiyyətlə, burada nəsə təmiz deyil", - deyə məqalədə qeyd olunub.  
H.Həsənov isə haqqında yazılıb-pozulan, eyni zamanda dərc edilən xəbərlərə heç bir münasibət bildirməyib.  


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar