Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Brilliant Dadaşova avtomobilini satdığını təsdiqlədi - ŞƏKİL

Tarix: 02-06-2022 09:10     Baxış: 4450 A- / A+

Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Manevr.az xəbər verir ki, Brilliant Dadaşova konsert haqqında təəssüratını bölüşüb: "Səs Azərbaycan" yarışmasından sonra söz vermişdim ki, 2022-ci ili müsabiqənin iştirakçılarına həsr edəcəm. Çünki onları tamaşaçılara tanıtmaq üçün sizə ehtiyacım var. Tək əldən səs çıxmaz.

"Səs Azərbaycan" yarışmasında münsif olarkən hər bir iştirakçını oyundan kənarlaşdırdıqca əziyyət çəkirdim. Görürdüm ki, uşaqlar qazanmaq, evlərinə bir parça yemək aparmaq, ailələrini təmin etmək istəyirlər. Mən isə münsif olaraq məcburən hər həftə birini oyundan kənarlaşdırırdım. Onları kənarlaşdırdığıma görə özümə nifrət edirdim. Sonra bir yolunu tapdım. Düşündüm ki, 2022-ci ili onlara sərf edəcəm. Onları bütün proqramlara çıxardım, indi isə konsertə. 35 ildir ki, solo oxuyuram. Öz mahnılarımı bu dəfə şagirdlərimlə oxuyacam. Hətta digər komandanın iştirakçılarına da dedim ki, kim istəyir gəlsin, yerimiz boldur, ürəyimiz genişdir".
Xalq artisti konsertə görə avtomobilini də satdığını da etiraf edib: "Avtomobilimi satdım, təşkilatçı haqlı olaraq dedi ki, sizin konsertinizi təşkil etmişik. Amma uşaqlarımı səhnəyə çıxardığım üçün bəzi texniki avadanlıqlar aldım. Bunlar hamısı xərc tələb edir. Tamaşaçılarınız sağ olsunlar, biletlər alınıb. Salon doludur. Başqa cür də ola bilməzdi. Amma bu bizim "Səs Azərbaycan" yarışması ilə bir yerdə çıxmağımıza dəlaləti yoxdur. Hər şey mənim boynumadır. Təşkilatçı buna qatılmır".
Xalq artisti "Avtomobilinizi satmağınıza üzüldünüzmü?" sualına isə "Bəli, avtomobilimi satmağıma üzüldüm. Yeni avtomobil almamışam",-deyə cavab verib.
Xalq artisti Vaşinqtonda konsert verən zaman bronxlarının soyuqladığını da deyib: "20 gündür ki, iynə vurdururam. Bronxlarım soyuqlamışdı".
Brilliant Dadaşova səhnədə geyindiyi dərin yırtmaclı mavi rəng geyimi haqqında da danışıb. O zarafatyana oğlunun geyimlərinə müdaxilə etdiyini də deyib: "Oğlum məni öldürəcək(gülür). Balaca olanda əla idi, istədiyim geyimi geyinirdim".teleqraf.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar