Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Cavanşir Məmmədov əsəbiləşdi - "Camaat üç ilə arvadından boşanır, mən niyə maşınımı satmayım?"

Tarix: 28-03-2017 17:30     Baxış: 4272 A- / A+
Cavanşir Məmmədov əsəbiləşdi - "Camaat üç ilə arvadından boşanır, mən niyə maşınımı satmayım?"


Əməkdar artist Cavanşir Məmmədov maşınını satması barədə yazılan xəbərlərə münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, müğənni "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, haqqında bu kimi informasiyaların yayılmasına qarşıdır:

"Dünyanın bütün ölkələrində maşın bazarları var. Maşınımı satmaqda nə qeyri-adilik var ki, bunu xəbərə çeviriblər? Camaat arvad alır, sözləri düz gəlmir, üç ildən sonra boşanır. Maşını ömürlük özümdə saxlamalı deyiləm ki. Yazırlar ki, müflis olmuşam. Bunu mənim özümdən eşitmədən kimsə deyə və yaza bilməz. Həmin şəxslərlə hüquqi müstəvidə danışacağam. Qoy gedib məhkəmədə cavab versinlər. Məhkəmə də nə qərar çıxararsa, çıxarar. Haqqımda nəsə yazansa bilsin ki, əvvəlcə özümdən soruşmaq lazımdır. Mən maşınımı bazara sürücünün, qohumumun, oğlumun vasitəsilə də göndərə bilərdim. Amma sənədlər mənim adıma olduğu üçün, lazımi sənədlərə də imzanı mən atmalıyam".

Xatırladaq ki, iki gün öncə Cavanşir Məmmədovun "GMC Yukon XL” markalı avtomobilini satmaq üçün maşın bazarına apardığı yazılmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar