Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qəzənfər Abbasovdan Brilyant Dadaşovaya cavab

Tarix: 23-04-2022 11:22     Baxış: 3201 A- / A+
Qəzənfər Abbasovdan Brilyant Dadaşovaya cavab


"Gənclər nə istəsələr edə bilərlər, təki ürəklərincə olsun. Çünki bütün sahələrdə, xüsusən də mühaibədə gənclər qan töküb, şəhid olublar, bir hissəsi isə qazi və veterandır”.
Bunu qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov Xalq artisti Brilyant Dadaşovanın gəncləri zövqsüzlükdə ittiham etməsi ilə bağlı  açıqlamasına münasibət bildirərkən deyib. Xanəndə gənclərin bütün üslublarda oxumalarını müsbət qiymətləndirib:
"O səs Azərbaycan”da iştirak edən tələbəm Murad Bayramlı Tünzalə Ağayevanın qrupunda idi. Biləndə ki, Murad müharibə veteranıdır, salondakı tamaşaçılar ayağa qalxdı, münsiflər onu ayaqüstə alqışladılar. Ancaq Brilyant xanım oturduğu yerdən durmadı. Gənclərə canı yananlar bunu düşünsünlər. Musiqi ilə məşğul olmaq gözəl vərdişdir. Dini musiqi və digər sahələri də bilmələri müsbət haldır, təki cinayətkarlar olmasın”.
Xanəndə bu gün cəmiyyətdə sağlam ruhlu gənclərin üstünlük təşkil etdiyini deyib:
"Daha çox olsunlar. Klassik üslubu qoruyub saxlayırıq və tədris edirik. Öyrənmək istəyənlərə Milli Konservatoriyanın qapıları açıqdır”.
Qeyd edək ki, Xalq artisti Brilyant Dadaşova gəncləri zövqsüzlükdə ittiham edib: "Belə bir tendensiya yaranıb: Gənclərimizin bir hissəsi mərsiyə stilində mahnılar dinləyirlər, oxuyurlar. Bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar. Bir hissəsi isə sadəcə xarici musiqiyə qulaq asırlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar