Xəbər lenti
Bu qadağalar götürülə bilər - VİDEO
Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəsssisi Təyyar Eyvazov yaxın vaxtlarda qüvvədə olan azsaylı qadağalarla bağlı yeni qərarların verilə biləcəyini istisna etməyib.
Koronavirusla bağlı mövcud epidemioloji durum karantin rejimi çərçivəsində bəzi qaydalara dəyişklik etməyə imkan verir.
Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov "Xəzər Xəbər"ə bildirib ki, yaşı 18-dən yuxarı şəxslərin təxminən 60-70 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunub. Təyyar Eyvazov qeyd edib ki, vəziyyətdən asılı olaraq yaxın vaxtlarda qüvvədə olan qadağalarla bağlı yeni qərarlar verilə bilər.
O əlavə edib ki, yoluxma sayının azalması insanları arxayınlaşdırmamalıdır. Mütəxəssis həmçinin deyib ki, ölkədə pandemiya ilə əlaqədar mövcud vəziyyət tam nəzarət altındadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar