Xəbər lenti
Rövşən Rzayev vətəndaşları qəbul edib -ŞƏKİL

Qurumdan Manevr.az-a verilən məlumata görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Müraciətlər, əsasən, vahid aylıq müavinətin təyin edilməsi, status, məşğulluq və işğaldan azad olunmuş ərazilərə qayıdış məsələləri ilə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə diqqət göstərir, onların problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.
Qəbulda vətəndaşların müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar