Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda mənzillər sürətlə bahalaşacaq - SƏBƏBLƏR

Tarix: 05-04-2022 11:14     Baxış: 3226 A- / A+


"Çoxmərtəbəli binaların qiyməti 7-10 faiz bahalaşacaq".
Manevr.az xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov tikinti materialları üzrə qiymətlərin qalxması fonunda yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin nə qədər bahalaşa biləcəyilə bağlı sualı cavablandırarkən deyib:
Bu olay bir tərəfədən də son nəticədə tikintinin həcminin azalmasına gətirib çıxara bilər. Qiymətlər bahalaşırsa, alıcılıq qabiliyyəti də aşağı düşür.
Nəticədə tikinti şirkətləri mənzil satmaqda çətinlik çəkir, belədə də onlar növbəti layihənin icrasına başlamağa tələsmirlər. Belə vəziyyətlə 2006, 2007, 2008-ci illərdə üzləşmişik. İndi də anoloji vəziyyətin təkrarlanması qaçılmazdır. 

İnşaat işləri üzrə maya dəyərində tikinti materiallarının həcminin 45 faiz təşkil etdiyini nəzərə alsaq, bu sahədə baş verən qiymət artımı yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin hardasa 7-10 faizə qədər bahalaşmasına səbəb ola bilər".
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi inşaat üçün xam malın idxalına təsir etdiyindən tikinti materiallarının həm xaricdən gətirilən, həm də ölkədə istehsal edilən hissəsində nəzərə çarpacaq qiymət artımı qeydə alınıb. 
Bundan başqa Rusiyadan və Ukraynadan ölkəmizə qayıdan soydaşlarımızın da ev axtarışları Azərbaycan mənzil bazarına əhəmiyyətli təsir edib. Qarşıdakı aylarda bunun daha güclü şəkildə hiss olunacağı proqnoz edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar