Xəbər lenti
Milli dəyərlərin inkişafına aid yeni nəşr

millət vəkili,
fəlsəfə üzrə fəlsəfə doktoru.
Günümüzdə zəmanənin təsiri özünü bütün sahələrdə olduğu kimi, humanitar hadisələrə münasibətdə də göstərməkdədir. XXI əsri sürət, informasiya, İnternet və sosial şəbəkələr dövrü, virtuallaşma, smartlaşma çağı saysalar da, ənənəvi dəyərlər, milli-mədəni sərvətlər hər hansı ayrıca insan qruplarını – əsrlər boyu formalaşmış genetik-yaşam şifrələrinə malik, ümumi cəhətlərinə görə digərlərindən fərqləndirən, eyni dil, adət-ənənə, mental xüsusiyyətlərin daşıyıcısı sayılan cəmiyyəti, xalqı, milləti başqa toplumlardan fərqləndirən əsas amillərdən sayılır.
Bu baxımdan təsisçisi və sədri istedadlı intellektual Cəmilə Çiçəyin sədri olduğu “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması" mövzusunda üçaylıq layihə çərçivəsində nəşrə hazırlanan bu elmi-kütləvi kitab son illər nəşr olunan sahəvi ədəbiyyatın dəyərli nümunəsi sayıla bilər.
Layihənin rəhbəri, uzun müddət milli dəyərlər və humanitar-estetik, ədəbi-bədii düşüncəmizin bir sıra sahələri üzrə dəyərli araşdırmaları ilə tanınan, eyni zamanda bu istiqamətdə yazıların, digər materialların yayımlandığı elmi-kütləvi “Milli Zəka” beynəlxalq, elmi-ədəbi jurnalın və www.zekaishiginda.az saytının baş redaktoru, eləcə də fərqli araşdırmalar müəllifi kimi tanınan Cəmilə xanım hər zaman olduğu kimi, bu kitabında da cəmiyyətimiz üçün kifayət qədər aktual olan məsələləri ictimai-mədəni müzakirə obyektinə çevirməyi bacarıb.
Kitabda bir-birindən maraqlı materiallarda Ümummilli Lider Heydər Əliyev, onun layiqli davamçısı, Qarabağın qəhrəman fatehi, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həm mədəni dəyərlərimizin inkişafındakı xidmətləri işıqlandırılır, həm də beynəlxalq aləmdə, xüsusən də YUNESKO və İSESKO kimi nüfuzlu qurumlar vasitəsilə sözügedən dəyərlərimizin tanıdılmasına xüsusi diqqət ayrılır.

Cəmilə İsbəndiyarovanın həm ənənəyə – tarixi sivilizasiya yolumuza, həm qədim mədəniyyətimizə və zəngin mənəviyyatımıza, həm müqayisəli təcrübələrə, həm də ənənəvi elmə söykənən bu araşdırma kitabı da humanitar sahənin mütəxəssisləri və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar