Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər kəs telefonunu özü təmir edəcək

Tarix: 04-04-2022 07:43     Baxış: 3250 A- / A+
Samsung şirkəti iFixit saytı (cihazların təmiri sahəsində fəaliyyət göstərən məşhur sayt) ilə birlikdə istifadəçilər üçün yeni xidməti təqdim edib və həmin xidmət çərçivəsində istifadəçilər fərdi şəkildə Galaxy cihazlarını təmir edə biləcəklər. 

Məşhur iFixit saytı ilə əməkdaşlıq çərçivəsində Samsung şirkəti istifadəçilər üçün təmir üzrə lazımi komponentləri, detalları və təlimatları təqdim edəcək. 

Sözügedən xidmətin ilkin mərhələsinə Galaxy S20, S21 smartfonları və Tab S7 Plus planşeti daxil olacaq. Beləliklə sözügedən cihazların istifadəçiləri şirkət tərəfindən təqdim ediləcək xüsusi təlimatlar vasitəsilə onların ekranlarını, arxa şüşələrini və şarj girişlərini fərdi şəkildə dəyişə biləcəklər.

Həmin detallar da Samsung tərəfindən təqdim ediləcək. 
Bu üsul ilə şirkət müştəriləri üçün Samsung cihazlarının ömürlərinin uzadılması üzrə geniş imkanları təqdim edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin də bu cür xidməti təqdim edəcəyi barəsində məlumat keçən il ortaya çıxmışdı. 

Gözləntilərə əsasən Apple şirkətinin sözügedən xidməti bu ilin sonuna kimi istifadəyə veriləcək. Xidmətin ilkin mərhələsində istifadəçilər yalnız iPhone 12 və iPhone 13 smartfonlarını fərdi şəkildə təmir edə biləcəklər. 

Bunun üçün lazımi detallar ilə təlimatlar isə şirkət tərəfindən satılacaq. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar