Xəbər lenti
Fermer əkin sahəsini meymunlardan qorumaq üçün "AYI" aldı
Hindistanın Telanqana ştatının Koheda kəndindən olan fermer əkin sahələrini meymunlardan qorumaq üçün dünyanın ən təhlükəli ayısının kostyumunu alıb.
Manevr.az lent.az-a istinadla məlumatına görə, fermer Bhaskar Reddi əkin sahələrini meymunlardan və çöl donuzlarından qorumaq üçün unikal bir fikir ideya düşünüb.
O, Heydərabaddakı teatr geyimləri satıcısının yanına gedib və 10 000 rupiyə (130,65 dollar) tənbəl ayı kostyumu sifariş edib. Bir həftə sonra kostyum hazır olub.
Bundan sonra hindli ayı kostyumunda tarlada gəzməli və vəhşi heyvanları qorxutmalı olan bir adamı işə götürüb. Bunun üçün Reddi işçiyə gündə 500 rupi (7 dollara yaxın) ödəyir. Reddi qarğıdalı və müxtəlif tərəvəzlər becərdiyi 10 hektar əraziyə sahibdir.
İnnovativ ideyanın həyata keçirilməsindən sonra meymunlar yalnız bir dəfə fermerin tarlasına girməyə cəhd ediblər. Bəzən kostyumu kişinin oğlu geyinir. Orta boylu tənbəl ayı görən meymunlar Reddinin tarlasından uzaq durmağa çalışırlar.
İndi yerli fermerlər bu təcrübəni öyrənmək və heyvanları qorxutmaq üsulunun necə işlədiyini görmək üçün Reddinin yanına gəlirlər.
Bir çox sosial media istifadəçisi əyləncəli qazanc əldə etməyin bu yolunu tapıb.
Tənbəl ayılara Hindistan, Pakistan, Şri-Lanka, Banqladeş, Nepal və Butanda rast gəlinir. Hündürlüyü 90 santimetrə qədərdir. Əsasən qarışqalar və termitlərlə qidalanırlar. Boyları və çəkilərinın o qədər də böyük olmamasına baxmayaraq, onlar dünyanın ən təhlükəli ayılarından biri hesab olunurlar. Son 20 ildə bu ayıların hücumları nəticəsində yüzlərlə Hindistan sakini ölüb, minlərlə insan yaralanıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar