Xəbər lenti
Mobil telefonla qaz kartına necə pul yükləmək olar?

Manevr.az axar.az-a istinadən xəbər verir ki, yalnız NFC təminatı olan telefonlarla "Gallus Pay" kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir yerə getmədən "Smart Gallus Pay" sayğaclardan ödəniş əməliyyatı edə bilirik. Bunun üçün ilk olaraq "Play Market" və ya "App Store"dan "E Manat+" proqramı yükləyirik. "E manat+" proqram təminatını açırıq, "ödəniş et" bölməsinə seçirik. "Kommunal Azəriqaz" və "Azəriqaz Gallus pay" pəncərəsinə daxil oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək "davam et" düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən "davam et" düyməsinə basırıq. Beləliklə kartın məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək qeyd etdiyimiz məbləğin "ödə" düyməsini sıxaraq istədiyimiz məbləği karta köçürmüş oluruq. Məlumat üçün bildiririk ki, yaxın günlərdə əvvəlcədən ödənişli smart tipli "Zenner" sayğaclarda da bu tətbiq aktivləşdiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar