Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Ramazan ayı aprelin 3-də başlayacaq? - QMİ sədrindən cavab

Tarix: 02-04-2022 19:30     Baxış: 4187 A- / A+
Azərbaycanda Ramazan ayı aprelin 3-də başlayacaq? - QMİ sədrindən cavab

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağını iddia edənlərə cavab verib.
Manevr.az xəbər verir ki, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.
"Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”, - QMİ sədri qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar