Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hazırki durumdan çıxmaq üçün ən mühüm addım əmək haqlarının artırılmasıdır

Tarix: 02-04-2022 18:44     Baxış: 4196 A- / A+
Hazırki durumdan çıxmaq üçün ən mühüm addım əmək haqlarının artırılmasıdır

Son günlərdə həm müharibələr, həm pandemiya səbəbindən baş verən bahalaşma insanların büdcəsinə ciddi şəkildə təsir edir. Statistika komitəsinin son açıqlamasına görə Azərbaycanda aylıq orta əmək haqqı 974 manat olub. Bununla yanaşı ölkədə minimum əmək haqqı 300 manat təşkil edir. Bu rəqəm Dövlət sosial müdafiə fondunun ödənişlərini və vergi xərclərini çıxmaqla nəzərdə tutulan göstəricidir. Minimum əmək haqqının bir qayda olaraq artırılması ildən ilə aparılır.

Bildiyimiz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu ölkəyə 1,5 milyard manat vəsaitə başa gəlir və əhatə dairəsi 2 milyon insandan çoxdur.
Bəs bu gəlir insanların maddi ehtiyaclarını nə dərəcədə ödəyir? Bu məsələ Milli Məclisdə gündəmdədir və Millət vəkilləri də öz narahatçılıqlarını bildirirlər. Hazırda dünyada baş verən dəyişikliklər bahalaşmanın qarşısını almağa çətinliklər yaradır. Bahalaşan məhsullardan biri də taxıldır. Azərbaycanın taxıla olan ehtiyacının 40 faizini yerli istehsal, 60 faizini idxal təşkil edir. Çörəyin qiymətində yenə artım olacağına dair xəbərlər yayılmaqda davam edir. Mütəxəsislər bildirirlər ki indiki vəziyyət üçün ən mühüm addım insanların nəvaciblərinin artırılmasıdır.
Razi Nurullayev
Millət vəkili Razi Nurullayev qeyd edir ki, əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün rəqabətli iş yerlərin artırılması əsasdır. Qiymətləri aşağı edə bilmirlərsə yeganə yol əmək haqqının artırılmasıdır. Bunun üçün isə dövlət büdcəsində pul olması əsas şərtdir. Gələn xarici sərmayədarlarlara, biznesmenlərə elə şərait yaratmaq lazımdır ki bir işi qurarkən xərcə düşməsin və onlar pulu birbaşa istehsala qoysun.
Ukraynada, Rusiyada çalışan biznesmenlər həmin ölkələri tərk edərək başqa ölkələrdə öz fəaliyyətlərini davam etdirirlər. Həmin sahibkarları ölkəmizə cəlb eləmək üçün onlara pulsuz ofislər təklif etməli və 0 faiz vergi qoymalıydı. Həmçinin onların bütün problemlərini dövlət tərəfindən həll olunacağını nəzərə çatdırmalıydı. Öncədən düşünülmüş bu kimi addımlar həm ölkə üçün həm də əhalinin durumu üçün müsbət nəticələrlə qarşılana bilər./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar