Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ariz Əliyev qanunları ayaqlar altına alaraq özünü "balaca padşah" kimi aparır" - Kəlbəcərin prokurorundan Prezident İlham Əliyevə ŞİKAYƏT...

Tarix: 23-08-2016 16:46     Baxış: 4687 A- / A+

"Ariz Əliyev qanunları ayaqlar altına alaraq özünü "balaca padşah" kimi aparır"


Kəlbəcər rayon sakini Arif İbrahimov Moderator.az saytına şikayət məktubu göndərib. Məktubda deyilir:

Hörmətli Redaksiya! Aşağıdakı qeyd etdiyim məzmunda Kəlbəcər rayon Prokuroru Ariz Əliyevin Kəlbəcər rayon Məhkəməsinin hakimi Həsən Qəniyevin və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimlərinin birləşərək qanuna zidd hərəkət edərək ağır cinayəti əlbir olaraq ört-basdır etmələri barədə ölkə başçısına, Baş Prokurora, Ədiliyyə Nazirliyinə ərizə ilə müraciət etmişəm.

Kəlbəcər rayon Prokuroru Ariz Əliyev qanunları ayaqlar altına alaraq özünü "balaca padşah" kimi aparır.

Sözügedən qərardan verdiyimiz Apellyasiya şikayətini olduğu kimi ərizəmə əlavə edirəm.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına

Şikayətçi : İbrahimov Arif Misir oğlu tərəfindən

Kəlbəcər rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli (Nömrə 6) (040 )-01/2016 saylı Qərarından

Apellyasiya Şikayəti

25 iyul 2016 - cı il tarixli Kəlbəcər rayon Məhkəməsinin (Nömrə 6) (040 )-01/2016 saylı Qərarını 09.08.2016 –cı il tarixdə poçt vasitəsi ilə aldım.

Kəlbəcər rayon Məhkəməsinə Kəlbəcər rayon Polis Şöbəsinin Təhqiqat qrupunun Baş Təhqiqatçısı polis kapitanı Ələsgərov Rübail Səbuhi oğlunun 04 iyul 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından istintaqın birtərəfli, yarımçıq, qərəzli, CMP-nin tələblərinə zidd olduğu müəyyən edilərək ləğv edilib istintaqın aparılmasını aidiyyatı üzrə digər istintaq orqanlarına həvalə edilməsinə dair qərar qəbul etməsini xahiş etmişdim.

Kəlbəcər rayon Məhkəməsi tərəfindən ( Hakim Həsən Qəniyev) şikayətimə baxaraq şikayətim təmin edilməyib.

Aşağıdakı əsaslara görə qərarı qanunsuz və əsassız hesab edirəm və ləğv edilib yeni qərar qebul etməyinizi xahiş edirəm.

Hakim öz əsassız qərarında Əliyev Eldar Müzəffər oğlu və Əliyeva Tamam Zaman qızının doğum tarixinin dəqiqləşdirilməsi üçün Mərkəzi Arxiv İdarəsindən rəsmi sorğular verilib rəsmi cavab alınması hallarını araşdırmaması azmış kimi sözügedən ər-arvadın Dövlət Sosial Müdafiə Fondunda pensiyaların hesablanması vaxtı lazım olan qanuna əsasən iş stajlarının təsdiq edən əmək kitabçalarının hər hansısa idarə və təşkilat tərəfindən işləmədikləri halda saxta yolla alınması və həmin idarələrin işğaldan sonra guya möhürləri Kəlbəcər rayonunda qalması barədə müvafiq dövlət orqanlarına verdikləri məlumatlardan sonra əmək kitabçalarındakı möhürlərin necə vurulması faktlarını araşdırıb qanuni qərar çıxarılmaqda maraqlı olmayıb.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Kəlbəcər rayon prokuroru Ariz Əliyev müdafiə etdiyi Əliyev Eldar, Əliyeva Tamamın ilkin izahatların Kəlbəcər DSMF-in əməkdaşı hazırda qalmaqallı məhkəməsi Gəncə Ağır Cinayətlər məhkəməsində CM-nin 178.311.308-ci maddələri ilə ittiham olunan Bayramov Qalib Əli oğlunun sözügedən ər-arvaddan özü alaraq aidiyyatı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan 150506002 saylı cinayət işinə əlavə edilməsi üçün göndərdiyini nə tez unudub? Hazırki məhkəmə prosesində Əliyeva Tamam Zaman qızı saxta yolla pensiyanı artirmaq üçün xeyli miqdarda pulun alınması üçün zərərçəkən şəxs qismində tanınıb.

Elə bu və ya digər faktlara əsaslanaraq hesab edirəm ki, sözügedən ər-arvadin əmək kitabçaları saxtadır. Fakt özü hakimdir.
Bəs nə üçün məhkəmə rəsmi faktlara dolayısı ilə göz yumaraq ədalətsiz qərar qəbul edib?

Kəlbəcər rayon Məhkəməsi Kəlbəcər rayon RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı Ələsgərov Rübail Səbuhi oğlunun qəbul etdiyi “Cinayət işinin rədd edilməsi haqqında” 04 iyul 2016-cı il tarixli Qərarından verdiyim şikayətə baxarkən yuxarıdaki qeyd etdiyim faktları bilərəkdən nəzərə almayıb.

Şərh olunanlara Azərbaycan Respubilkası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq



XAHİŞ EDİRƏM:

Kəlbəcər rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli N 6(040)-01/2016 saylı Qərarını ləğv edib şikayətimin təmin olunmasına dair Qərar qəbul edəsiniz.

Mənim yazdığım Apellyasiya şikayətimi hakimlər araşdırmaq əvəzinə Kəlbəcər prokuroru Ariz Əliyevlə birləşərək zalda məni təhqir edərək mənə hədə-qorxu gəldilər ki, sən şikayətini geri götür

Hörmətli redaksiya, xahiş edirəm mənim haqq səsimi Ölkə Başçısına, Baş Prokurora, Ədliyyə Nazirliyinə öz saytınız vasitəsiylə çatdırasınız.

Şəxsiyyət vəsiqəm AZE N 050676064

Telefon 0554523241


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar