Xəbər lenti
Sənədsiz evlər necə sığortalanır?
Manevr.az xəbər verir ki, bununla bağlı hüquqşünas Arif Nəzərov trend-in sualını cavablandırıb.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 19-cu maddəsinə əsasən yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər.
O bildirib ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan dedikdə fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə sözügedən Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
Həmçinin, Qanunun 35-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə uyğun olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Beləliklə, şəxsin daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alındığı təqdirdə sığortalanmanın tətbiq edilməsi mümkündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar