Xəbər lenti
“Heç bir iqtisadi məntiqə sığmır” - Ekspertdən ödəmə terminallarının yeni qərarına ETİRAZ
Bəs görəsən, ödəmə terminallarının karta mədaxil zamanı əlavə komissiya haqqı tutması nə dərəcədə düzgündür?
Manevr.az xəbərinə görə, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, belə hallar nağdsız ödənişlərə olan marağı azaldır:
“Əslində vətəndaşlardan belə rüsumların tutulması həmin qurumların göstərdiyi xidmətə görə, çəkilən məsrəflərlə izah olunur. Məlumdur ki, banklar göstərdiyi xidmət üçün köçürmələr zamanı müəyyən komissiya haqqı tutur. Lakin bəzən banklararası pulköçürmə əməliyyatlarında elə rüsumlar tətbiq olunur ki, insanların nağdsız əməliyatlara olan marağı azalır. Vətəndaşların çoxu belə hallara görə, pulköçürməni imkan daxilində köhnə üsullarla edir. Çünki nağdsız ödənişləri təşviq etmək istəyiriksə, belə məqamları nəzərə almalıyıq”.
Ekspertin fikrincə, Azərbaycanda pulköçürmə sahəsində göstərilən xidmətlər qənaətbəxş deyil:
“Banklar, terminallar və digər qurumlar bununla əslində özünə ziyan vurmuş olur. Əlavə rüsum ödənişləri elə səviyyədə müəyyən edilməlidir ki, nağdsız ödənişlərə maraq yaransın. Banklar pulköçürmə prosesində müştəridən rüsum tutur. Digər tərəfdən ödəmə terminallarının da müştərilərdən komissiya haqqı alması düzgün deyil. Belə olan halda vətəndaş eyni əməliyyat üçün iki dəfə rüsum ödəməli olur ki, bu da heç bir iqtisadi məntiqə sığmır. Əslində eyni əməliyyata görə, rüsum birtərəfli qaydada tutulmalıdır. Ya bank, ya da ödəmə terminalı komissiya haqqı tuta bilər. Hər iki qurumun vətəndaşdan pul alması ölkəmizdə pulköçürmə xidmətinin aşağı səviyyədə olmasından xəbər verir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar