Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Karantin qadağalarının ləğvi məsələsi ilə bağlı nazirlikdən AÇIQLAMA

Tarix: 31-03-2022 12:33     Baxış: 4202 A- / A+

Səhiyyə Nazirliyi karantin məhdudiyyətlərinin ləğv edilməsi məsələsinə münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov apa-nın sorğusuna cavab olaraq deyib ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır.
O qeyd edib ki, epidemioloji proses hazırda nəzarət altındadır: “Biz bilirik ki, pandemiya xəstəliyin dalğa şəklində alovlanması ilə müşayiət olunur və adətən hər növbəti dalğanı virusun mutasiya olmuş yeni ştammı törədir.

Əksər qadağaların götürüldüyü bəzi ölkələrdə yenidən yoluxma hallarının sayında artım müşahidə olunur və mütəxəssislərin fikri ondan ibarətdir ki, bu məsələdə tələskənliyə yol vermək düzgün deyil”.
Təyyar Eyvazov əlavə edib ki, bəzi ölkələrdə omikron ştammının “gözəgörünməz” adlanan yeni versiyası sürətlə yayılaraq daha çox insanın yoluxub xəstələnməsinə səbəb olur:
“Ancaq virusun sonuncu ştammının dövr etməsi zamanı yoluxma hallarının sayında sıçrayışlı artımlar müşahidə olunsa da, xəstəxanaya yerləşdirilmə faizi bir o qədər də artmır, yəni xəstəlik əsasən yüngül keçir və xəstələrin əksəriyyəti evdə müalicə aldığından stasionar xidmət çox da yüklənmir. Bu isə daha çox yumşalmalara getməyi mümkün edir.
Bunları nəzərə alaraq hesab edirəm ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика