Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Əhalini sevindirəcək XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq

Tarix: 30-03-2022 09:37     Baxış: 4201 A- / A+
Əhalini sevindirəcək XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq.
Manevr.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb.
Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq.
İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır.

Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillər yeni sənaye sahəsinin məhsulu olduğuna görə dünya bazarında yüksək qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, bu tip avtomobillərin Azərbaycana idxalı zamanı rüsumun tətbiq edilməsi onların qiymətinə ciddi təsir edir. Xalid Kərimli qeyd edib ki, təkliflər qəbul olunarsa, qiymətlər enəcək və ekoloji təmiz avtomobillər daha əlçatan olacaq.
Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərdən geniş istifadə üçün paytaxtla yanaşı bölgələrdə də enerji doldurma məntəqələri qurulmalıdır. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar