Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada əsir düşən azərbaycanlı tələbə geri qaytarıldı

Tarix: 29-03-2022 19:08     Baxış: 4158 A- / A+
Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Əziz Haqverdiyev azad olunub.
Manevr.az xəbər verir ki, bu barədə bizim.media-ya qardaşı Elçin Haqverdiyev məlumat verib.

Bildirib ki, qardaşının səhhətində ciddi problem yoxdur. Sadəcə Ukrayna dilini bilmədiyi üçün həmin ölkədə anlaşılmazlıqla qarşılanaraq saxlanılıb:
“Qardaşım artıq yanımızdadır. Psixoloji cəhətdən bir qədər narahatlığı var. Ukraynada rus dilində təhsil alırdı deyə həmin ölkənin dilini bilmirdi. Problem də elə buna görə baş verib. Sağ olsun dövlətimiz, səfirliyimizin əməkdaşları qardaşımın ölkəyə gətirilməsi üçün əlindən gələni etdi”, - deyə Elçin Haqverdiyev qeyd edib. 
Qeyd edək ki, Ukraynada təhsil alan və dövlət imtahanı üçün həmin ölkəyə gedən Əziz Bədirxan oğlu Haqverdiyevdən ailəsi sonuncu dəfə fevralın 21-də xəbər tutmuşdu.
Ardınca Rusiya-Ukrayna arasında yaşanan gərginlik səbəbindən bütün əlaqələr kəsilib.
O vaxta qədər ki, Ukraynada sosial şəbəkələrdə soydaşımızın saxlanma xəbəri yayılıb. Bundan sonra Azərbaycanın aidiyyəti qurumları hərəkətə keçib və Əziz Haqverdiyev ölkəyə gətirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar