Xəbər lenti
Qadınları uzaqlaşdıran kişi davranışları - SİYAHI
Qadın-kişi münasibətlərinin təməlində hər zaman qarşılıqlı hörmət əsas yer tutur.
Bir çox hallarda tərəflərdən birinin davranışları qarşı tərəfdə inamsızlıq və qıcıq yaradır. Nəticədə cəmiyyətdə normal qadın-kişi münasibətlərinin təşəkkül tapmış formaları da azalır. Bu baxımdan kişilərin qadınları özlərindən uzaqlaşdıran davranış formalarını bilməsi vacibdir.
Kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, tanınmış psixoloq Təranə Paşayeva kişilərin qadınları özlərindən uzaqlaşdıran əsas davranış formalarını sıralayıb. Həmin siyahını təqdim edirik:
Özündə olmayan keyfiyyətlərlə lovğalanması;
Maddi vəziyyətini istifadə edərək qadınları əldə edə biləcəyini düşünməsi;
Öz üzərində çalışmayan, məqsədsiz insan olması;
Ailəsinə hədsiz bağlı olması, ailəsinə görə yoldaşını/sevdiyini əzməsi;
Durmadan özünü, işini, imkanını, xarakterini tərifləməsi;
Özünü hər zaman haqlı sayması, könül ala bilməməsi;
Baxımsız olması: saçı, dırnağı, təmizliyinə diqqət etməməsi;
Çox bilmiş davranışlar: "Sən bilmərsən, sən qadınsan/qızsan" kimi cümlələr;
Özünə inamsız, nə istədiyini bilməməsi;
Qadını dəyişdirməyə çalışması, hər şeyə qarışması;
Qadın-kişi bərabərliyini qəbul etməyib, hədsiz patriarxat inanclı olması;
Qadının yanında söyüş söyməsi, ləqəb taxması, əsgər yoldaşı kimi gərəksiz səmimiyyət göstərməsi;
Passiv-aqressiv - danışıb həll etmək yerinə küsüb, inciməsi;
Simic olması, qadının xərclərinə nəzarət etməsi, pulu varsa belə yoxmuş kimi davranması, qadına pulunu qıymaması;
Qadınları sadəcə cinsi obyekt olaraq görməsi; (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar